Pekin Opera və Balet Teatrında “Çin-Azərbaycan dostluq konserti” adlı tədbir keçirilib

Posted by

Azərbaycan Dövlət Musiqili Teatrının aparıcı səhnə ustası, əməkdar artist Nərgiz Kərimova Pekin Opera və Balet Teatrında Azərbaycan klassik musiqisindən ibarət “Çin-Azərbaycan dostluq konserti” adlı tədbirdə iştirak edib.

Teatrdan APA-ya verilən məlumata görə, Azərbaycanın Pekindəki səfirliyinin təşəbbüsü ilə keçirilən konsertdə Nərgiz Kərimova ilə birlikdə xalq artisti Yalçın Adıgözəlov da iştirak edib. O, Çin Milli Opera və Rəqs Dram Teatrının simfonik orkestrinə dirijorluq edib.

Nərgiz Kərimova 1990-cı ildə Moskvada keçirilən «Yeni adlar» III Ümumittifaq müsabiqəsinin laureatı olub. Vokalçı 2012-ci ildə Qaraqandada keçirilən «DOCSTAR» I Beynəlxalq Açıq Müsabiqəsində I yeri tutub.

2002-ci ildən Azərbaycan Dövlət Musiqili Teatrında çalışan aktrisa «Talelər qovuşanda» tamaşasında Nərgiz, «Bir günlük siğə»də Mələk, «O olmasın, bu olsun»da Gülnaz, «Bayadera»da Odetta, «Arşın mal alan»da Gülçöhrə obrazlarını yaradıb.

Apa.az