Parisdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

Posted by

Parisdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

Parisdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

 

 

Parisdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

Dekabrın 22-də Parisdə, UNESCO-nun mənzil-qərargahında Azərbaycanın Fransadakı səfirliyinin və ölkəmizin bu qurum yanındakı daimi nümayəndəliyinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və Yeni ilə həsr olunan bayram tədbiri keçirilib.

 

Səfir Elçin Əmirbəyov Azərbaycan xalqının birliyinin, milli təəssübkeşliyinin və Vətənə sədaqətinin ifadəsi kimi hər il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edildiyini söyləyib. Diplomat bu bayramın 23 il əvvəl ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edildiyini bildirib.

 

Səfir bayramın əsas məqsədinin dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları doğma Vətən ətrafında daha sıx birləşdirmək olduğunu vurğulayıb. O, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın heç də asan olmayan bir yol keçdiyini, buna baxmayaraq sürətli inkişafa nail olduğunu, böyük uğurlara imza atdığını, dünyanın aparıcı dövlətləri arasında layiqli yerini tutduğunu, beynəlxalq miqyasda mövqelərini daha da möhkəmləndirdiyini bildirib.

 

Son illər Azərbaycanın Fransa kimi bir ölkədə tarixinin, mədəniyyətinin tanınması istiqamətində mühüm işlərin görüldüyünü xatırladan diplomat burada yaşayan soydaşlarımızın bu məsələdə xüsusi rol oynadıqlarını diqqətə çatdırıb.

 

E. Əmirbəyov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, bir milyondan artıq azərbaycanlının öz ölkəsində qaçqın və məcburi köçkün kimi yaşamasının Azərbaycanın ən ağrılı problemi olduğunu bildirib. O, işğal altındakı torpaqlarımızın dövlətimizin apardığı sülhsevər siyasət nəticəsində yaxın zamanlarda azad ediləcəyinə inandığını bildirib.

 

Ulu öndər Heydər Əliyev hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışdığı dövrdə dünyada yaşayan soydaşlarımızı hamımızın Vətəni olan doğma Azərbaycan ətrafında sıx birləşmək təşəbbüsü ilə çıxış edib.

 

Bu barədə isə tədbirdə Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyinin rəhbəri Anar Kərimov danışıb. O deyib ki, təcrübəli dövlət başçısının bu təşəbbüsü bütün azərbaycanlıların ürəyincə olub və onların yaşadıqları ölkələrdə Vətən naminə təşkilatlanmasında və ölkəmiz barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayıb.

 

Sonda xalq mahnılarımız, milli rəqslərimiz ifa edilib.

 

AzərTac.az