Pakistanın Xayber Göz Fondunun klinikasında Mehriban Əliyevanın dəstəyi ilə inşa edilmiş gözləmə otaqlarının açılışı olub

Posted by

Pakistanın Xayber Göz Fondunun klinikasında Mehriban Əliyevanın dəstəyi ilə inşa edilmiş gözləmə otaqlarının açılışı olub

 

Pakistanın Xayber Göz Fondunun klinikasında Mehriban Əliyevanın dəstəyi ilə inşa edilmiş gözləmə otaqlarının açılışı olub

Pakistanın Xayber Göz Fondunun klinikasında Mehriban Əliyevanın dəstəyi ilə inşa edilmiş gözləmə otaqlarının açılışı olub

 

Pakistanın Xayber Paxtunxva əyalətinin Peşəvar şəhərində fəaliyyət göstərən Xayber Göz Fondunun (XGF) klinikasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın dəstəyi ilə inşa edilmiş kişi və qadınlar üçün gözləmə otaqlarının açılış mərasimi keçirilmişdir.

Trend AzərTAc-a istinadən məlumat verir ki, mərasimdə Xayber Göz Fondunun idarə heyətinin sədri Hacı Məhəmməd Həlim Xan, Pakistan Senatının yayım və informasiya komitəsinin sədri, İslam dövlətləri ticarət və sənaye palatasının vitse-prezidenti senator Hacı Qulam Əli, Xayber Paxtunxva əyaləti parlamentinin deputatları, ziyalılar, ictimai-siyasi xadimlər, media nümayəndələri iştirak etmişlər.

Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi uğurlu layihələr barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Heydər Əliyev Fondu tərəfindən Pakistanda həyata keçirilən silsilə humanitar yardımlar proqramı çərçivəsində Xayber Paxtunxva əyalətində hepatit B virusuna qarşı peyvənd kampaniyası, açıq ürək əməliyyatları aparılmış, əyalətin klinikalarında serebral iflicin müayinəsi, Pakistan-Əfqanıstan sərhədi boyu pulsuz qanköçürmə təşkil edilmiş, göz klinikasının tikintisi üçün maddi yardım göstərilmiş, həmçinin 2012-2013-cü illərdə Qurban bayramında və Ramazan ayında əyalətin müxtəlif bölgələrində humanitar layihələr həyata keçirilmişdir.

Tədbirdə çıxış edən Xayber Göz Fondunun idarə heyətinin sədri Hacı Məhəmməd Həlim Xan Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlığını bildirmişdir. Qeyd olunmuşdur ki, Mehriban xanım Əliyevanın əyalətin imkansız adamlarına göstərdiyi bu diqqət onun humanistliyinin, islam dəyərlərinə sadiqliyin, həmçinin xalqlarımız arasında məhəbbətinin göstəricisidir.

Daha sonra o, başçılıq etdiyi fondun fəaliyyəti barədə məlumat vermişdir. Bildirilmişdir ki, müasir avadanlıqla təchiz olunmuş klinikada Pakistanın aparıcı oftalmoloqları çalışır və burada minlərlə imkansız insana pulsuz tibbi xidmət göstərilir.

Pakistan Senatının yayım və informasiya komitəsinin sədri, İslam dövlətlərinin ticarət və sənaye palatasının vitse-prezidenti senator Hacı Qulam Əli Pakistan-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu bildirmişdir. Bakıya iki dəfə səfər etdiyini vurğulayan senator Azərbaycan xalqının Pakistan xalqına qarşı olan səmimi qardaşlıq münasibətinin əyani şahidi olduğunu bildirmiş, Prezident İlham Əliyevlə görüşdən aldığı xoş təəssüratlardan danışmışdır.

Senator Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələri yüksək qiymətləndirərək bildirmişdir ki, Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün əyalətlərində həyata keçirilən layihələr iki qardaş xalq arasındakı münasibətləri daha da möhkəmləndirmiş, pakistanlıların yaddaşında silinməz iz buraxmışdır.

Mərasimin rəsmi hissəsindən sonra tədbir iştirakçıları Xayber Göz Fondu, yeni inşa olunmuş gözləmə otaqları ilə tanış olmuşlar.

Sonra səfir XGF-nin idarə heyətinin sədri H.M.Həlim Xana 33 adda dərman preparatları hədiyyə etmiş və xəstəxanaya maddi yardım göstərmişdir.

 

Trend.az