Pakistan mətbuatında Xocalı sakinin məqaləsi dərc olunub

Posted by

Pakistan mətbuatında Xocalı sakinin məqaləsi dərc olunub

 

Pakistan mətbuatında Xocalı sakinin məqaləsi dərc olunub

Pakistan mətbuatında Xocalı sakinin məqaləsi dərc olunub

 

Pakistanda “DNA” Informasiya agentliyi və “Centreline” jurnalında Xocalı soyqırımının şahidlərindən biri olan Əli Zülfüqaroğlunun “Xocalı soyqırımı şahidlərinin gözü ilə” adlı məqaləsi dərc olunub.

 

Azərbaycanın Pakistandakı səfirliyindən APA-ya verilən məlumata görə, məqalədə 26 fevral 1992-ci ildə ermənilər tərəfindən Azərbaycanın Xocalı şəhərində mülki əhaliyə qarşı soyqırımı həyata keçirildiyi bildirilib.

 

Müəllif qeyd edib ki, Xocalı soyqırımının necə dəhşətli, insanlığa sığmayan bir faciə olduğunu dünya ictimaiyyəti bilsə də, heç kəs bu faciəni yaşamış, öz gözləri ilə görmüş, bir göz qırpımında yaxınlarını itirən insanlardan daha yaxşı anlaya bilməz.

 

Yazar Xocalı sakini, “Soyqırım Həqiqətlərini Tanıtma” İctimai Birliyinin rəhbəri Ceyhun Ələkbərovun da bu faciəni yaşamış və qohumlarının əksəriyyətini itirmiş şəxs olduğunu qeyd edərək bildirib ki, başına gələn hadisələri danışdıqca, bu insanların necə böyük dəhşətlərlə üz üzə qaldığını daha dərindən anlayırsan.

 

Məqalədə Ceyhun Ələkbərovun həmin müdhiş gecə haqqında yazdığı xatirələri öz əksini tapıb. Həmin xatirələrdə Ceyhun Ələkbərov qoca nənəsi, xəstə atası, anası, azyaşlı bacı və qardaşları ilə erməni yaraqlılarından şaxtalı gecədə Ağdam şəhəri istiqamətinə qaçdığını, bütün gecəni psixoloji sarsıntı içində olduğu barədə yazıb. O, yol boyu ermənilərin açdığı atəş nəticəsində yüzlərlə günahsız insanın öldürüldüyünü, meyitlərin isə təhqir olunduğu qeyd edib. Camaatın həyatının xilası naminə övladının canına qıymış ananın məqamı isə bu xatirələrin ən dəhşətli hissəsi olub.

 

Ceyhun Ələkbərovun təkcə ata tərəfdən 40-dan artıq qohumunun ermənilər tərəfindən qətlə yetirildiyini bildirib. İtkin düşmüş çoxsaylı qohumlarından yazan Xocalı sakini atasının dayısı oğlu Mehmanı ermənilərın əsir saxladıqları, qulağı və dili kəsilərək bir erməni generalının həyətində it damında zəncirdə saxlandığını qeyd edib.

 

Məqalə Ceyhun Ələkbərovun “İnsan özünü daha çox dərk etdikcə, daha çox Xocalını düşünür. Mən heç olmasa öləndə o torpaqda dəfn olunacağımı bilsəm… Mən tez-tez Google-da baxıram. ….oynadığım yerləri, həyətimizi, hər gün məktəbə gəlib getdiyim yolları, görürəm… Həmin yerlərə baxıram. …xatirələrlə yaşayıram” sözləri ilə yekunlaşıb.

 

Məqalənin tam mətnini aşağıdakı linklərdən oxumaq mümkündür:

 

Gürcüstanda baş verən güclü zəlzələ Azərbaycanda da hiss olunub

http://dnanews.com.pk/?p=28511

 

Apa.az