PA rəsmisi: “Azərbaycanda gənclər təşkilatlarına dövlət tərəfindən xüsusi dəstək verilir”

Posted by

“Azərbaycanda QHT sektorunda gənclər təşkilatlarına dövlət tərəfindən xüsusi dəstək verilir”.

APA-nın verdiyi məlumata görə, bunu bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 2013-cü ildəki fəaliyyəti ilə bağlı yekun konfransında Prezident Administrasiyası (PA) ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Gənclər Fondunun Müşahidə Şurasının sədri Tahir Süleymanov söyləyib.

T. Süleymanov deyib ki, Gənclər Fondu II və III qrant müsabiqəsi çərçivəsində 501 layihənin dəstəklənməsinə 3, 6 milyon manat ayırıb. Layihələr çərçivəsində olimpiadalar, müsabiqələr, bilik yarışları, konfranslar və simpoziumlar keçirilib. O qeyd edib ki, QHT sektorunda ən çox layihələr həyata keçirən gənclər təşkilatlarıdır: “Gənclər təşkilatlarına Gənclər Fondu, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən dəstək verilir”.

T. Süleymanov QHT sektorunda əksər layihələrin icrasının yüksək səviyyədə olduğunu, ancaq bəzi layihələrin icrasında problemlərə, müqavilə şərtlərinin pozulması hallarına rast gəlindiyi də bildirib.

Apa.az