Oslo Universitetində Qarabağ həqiqətləri ilə bağlı sərgi keçirilmişdir

Posted by

Norveçin Oslo Universitetində Qarabağ həqiqətləri ilə bağlı sərgi keçirilmişdir.

Oslodakı Azərbaycan Evinin və Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr İctimai Birliyinin birgə təşkil etdikləri kitab sərgisində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı, Xocalı soyqırımı, erməni terroru haqqında kitablar, videomateriallar və bukletlər nümayiş etdirilmişdir. Universitetin tələbə və müəllimlərinə sərgidə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nümayiş etdirilən materiallar təqdim olunmuşdur.

Sərginin açılışında iştirak edən Azərbaycanın Norveçdəki səfiri Adış Məmmədov tədbir iştirakçılarına Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat vermişdir. O, xarici ölkələrdə belə tədbirlərin keçirilməsinin Azərbaycanın haqq səsinin dünyaya çatdırılması baxımından müstəsna əhəmiyyətinin olduğunu vurğulamışdır.

Tədbirin sonunda səfir sərgidə nümayiş etdirilən kitabların nüsxələrini Universitetin kitabxanasına hədiyyə etmişdir.

AzərTac.az