İordaniyanın “Əl-Diyar” qəzetində Xocalı soyqırımından bəhs edən məqalə dərc olunmuşdur

Posted by

İordaniyanın “Əl-Diyar” qəzetində Xocalı soyqırımından bəhs edən məqalə dərc olunmuşdur

İordaniyanın “Əl-Diyar” qəzetində Xocalı soyqırımından bəhs edən məqalə dərc olunmuşdur

İordaniyanın “Əl-Diyar” qəzetində Xocalı soyqırımından bəhs edən məqalə dərc olunmuşdur

İordaniyanın “Əl-Diyar” qəzetində jurnalist Arif Hüseyninin “Xocalı qətliamı” başlıqlı məqaləsi dərc edilmişdir (link: http://www.aldeyarjo.net/page/detail.aspx?id=86748).

Məqalədə deyilir: “İnsan həyatında təbiətdən qaynaqlanan müxtəlif fəlakətlər baş verir, lakin Azərbaycan Respublikasının Xocalı şəhərində insan əli ilə törədilmiş hadisələr təbii fəlakətlərlə müqayisədə daha faciəvi xarakter daşıyır. 20-ci əsrin 90-cı illərində Azərbaycanda başlamış xalq hərəkatı 20 Yanvar faciəsi ilə öz pik nöqtəsinə çatmış və müstəqillik ideyalarının güclənməsinə səbəb olmuşdu. Azərbaycan Sovet İttifaqına daxil olan dövlətlər arasında öz müstəqilliyini elan edən ilk respublikalarda idi. Lakin Baltikyanı və digər Cənubi Qafqaz ölkələrindən fərqli olaraq Qərb tərəfindən dəstəklənmirdi”.

Müəllif daha sonra yazır ki, “müsəlman ölkəsi olan Azərbaycanda mülki şəxslərə qarşı hərbi əməliyyatlara haqq qazandırmaq məqsədilə Mixail Qorbaçov “islam fundamentalizmi” məfhumundan istifadə edərək Bakıya qoşun yeritmişdi. O, Azərbaycandakı xalq hərəkatını Dağlıq Qarabağda baş verən hadisələrin əsas mənbəyi kimi göstərərək hərbi gücdən istifadəyə haqq qazandırmışdı. Daha sonra Ermənistanın Ali Soveti SSRİ konstitusiyasına zidd olaraq Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında qərar çıxarmış, nəticədə regiondakı qeyri-stabil vəziyyət bir qədər də mürəkkəbləşmişdi. Sonrakı mərhələdə erməni separatçıları Dağlıq Qarabağdan əlavə, digər Azərbaycan ərazilərini də hədəfə almağa başlamış və nəticədə 1992-ci ilin 26 fevralında Azərbaycan tarixində ən faciəvi hadisələrdən biri baş vermişdir. Erməni hərbi birləşmələri, Xankəndi ərazisində yerləşən keçmiş SSRİ-nin 366-cı motoatıcı alayı ilə birlikdə Xocalı şəhərinə hücum etmişdi. Törədilmiş qırğın zamanı 613 nəfər həlak olmuşdur ki, bunlardan 106 nəfəri qadın, 63 nəfəri uşaq və 70 nəfəri qocalar idi. Səkkiz ailə tamamilə məhv edilmişdi, 150 nəfərin taleyi isə hələ də qaranlıq qalır. Əvvəlki dövrlərdə, 1905, 1907, 1918, 19148-1953-cü illərdə də ermənilər tərəfindən azərbaycanlılara qarşı oxşar qətliamlar törədilmişdir. Bundan əlavə 1988-ci ildə 200 min azərbaycanlı Ermənistandan qovulmuş və Azərbaycan torpaqlarının 20 faizi işğal edilmişdir”.

Daha sonra məqalədə Xocalı şəhərində baş vermiş qırğın təsvir olunur, bunun erməni cəlladları tərəfindən əvvəlcədən planlaşdırıldığı xüsusilə vurğulanır və faciənin baş verdiyi zaman kəsiyi ətraflı izah edilir.

Sonda müəllif qeyd edir ki, son illərdə Azərbaycan tərəfindən Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində tədbirlər həyata keçirilmiş, ermənilərin törətdikləri vəhşiliklər beynəlxalq səviyyədə tanınmışdır. Həmçinin İslam Əməkdaşlıq Təşkilatı, BMT Təhlükəsizlik Şurası tərəfindən erməni hərbi birləşmələrinin Azərbaycan torpaqlarından dərhal çıxarılmasına dair qətnamələr qəbul olunmuşdur. Xocalı soyqırımı ilə bağlı qərarlara və yazılanlara baxmayaraq, qəbul etməliyik ki, dünya birliyi hələ də ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş və törədilməkdə olan cinayətlər haqqında çox az məlumata malikdir.

 

AzərTac.az