İordaniya parlamentinin spikeri: Dağlıq Qarabağ münaqişəsi ədalətli həllini tapmalıdır
Dağlıq Qarabağ münaqişəsi ədalətli həllini tapmalıdır. Trend xəbər verir ki, bunu II Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək məqsədilə Bakıda səfərdə olan İordaniya Krallığı Parlamentinin sədri Abdur Rauf Ravabdeh jurnalistlərə açıqlamasında bildirib.
İordaniyanın spikeri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəsinin mövqeyini bəyan edib: “Biz istənilən işğal faktının əleyhinəyik. İordaniya BMT-də Qarabağla bağlı qəbul olunan qətnamələrin lehinə səs verib. Biz özümüz də işğala məruz qalmışıq. Dünyanın istənilən yerində işğalın əleyhinəyik”.
Trend.az