Oqtay Əsədov Süleyman Dəmirəlin dəfn mərasimində iştirak edəcək

Posted by

Oqtay Əsədov Süleyman Dəmirəlin dəfn mərasimində iştirak edəcəkOqtay Əsədov Süleyman Dəmirəlin dəfn mərasimində iştirak edəcək

Oqtay Əsədov Süleyman Dəmirəlin dəfn mərasimində iştirak edəcək

Milli Məclisin sədri Oqtay Əsədov Türkiyə Respublikasının 9-cu Prezidenti Süleyman Dəmirəlin dəfn mərasimində iştirak etmək üçün iyunun 18-də ölkənin paytaxtı Ankara şəhərinə səfər edəcək.

 

Trend Milli Məclisin mətbuat xidmətinə istinadən məlumat verir ki, səfər çərçivəsində parlament sədrinin Türkiyə rəsmiləri və mərasimdə iştirak edən nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri gözlənilir.

 

Tədbirlərdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər də iştirak edəcəklər.

 

Səfər iyunun 19-da başa çatacaq.

 

Trend.az