Ombudsmanın nümayəndələri istintaq təcridxanasında saxlanılan gənclərlə görüşdü

Posted by

Ombudsmanın nümayəndələri istintaq təcridxanasında saxlanılan gənclərlə görüşdüOmbudsmanın nümayəndələri istintaq təcridxanasında saxlanılan gənclərlə görüşdü

Ombudsmanın nümayəndələri istintaq təcridxanasında saxlanılan gənclərlə görüşdü

Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri müraciətlərin araşdırılması məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasına (BİT) qısamüddətli başçəkmə həyata keçiriblər. Başçəkmədə MPQ-nin həkim üzvü də iştirak edib.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəbul edilmiş 20 nəfər saxlanılan şəxslə yanaşı, Seymur Həzi, Zaur Qurbanlı, İlkin Rüstəmzadə, Elvin Kərimovla aparılan konfidensial söhbət zamanı onlar saxlanılma şəraiti və müəssisə əməkdaşlarının rəftarı ilə bağlı hər hansı narazılıq etməyiblər.

Həmin şəxslərin bəziləri barələrində olan cinayət işi üzrə istintaqdan və ya məhkəmə qərarlarından narazılıqlarını bildirib, onlara bununla bağlı hüquqları və ombudsmanın səlahiyyətləri izah edilib, eyni zamanda, müvafiq hüquqi məsləhətlər verilib.

Bəzi qaldırılmış məsələlərlə bağlı isə ombudsman tərəfindən aidiyyəti dövlət orqanlarına müraciətlər olunacaq.

Habelə başçəkmə zamanı BİT-də, o cümlədən kameralarda isitmə sisteminin noyabrın 15-dən işə salınacağı məlum olub.

 

Trend/az