Ombudsmanın Cəlilabad nümayəndələri Xocalı soyqırımı ilə bağlı tədbir keçiriblər

Posted by

Ombudsmanın Cəlilabad nümayəndələri Xocalı soyqırımı ilə bağlı tədbir keçiriblər

Ombudsmanın Cəlilabad nümayəndələri Xocalı soyqırımı ilə bağlı tədbir keçiriblər

Ombudsmanın Cəlilabad nümayəndələri Xocalı soyqırımı ilə bağlı tədbir keçiriblər

Ombudsmanın Cəlilabad Regional Mərkəzinin əməkdaşları Lənkəran şəhər 7 saylı və Liman şəhər 1 saylı tam orta məktəblərində “Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilmiş tarixi cinayətdir” mövzusunda tədbirlər keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Regional Mərkəzin rəhbəri Z.İsmayılov çıxış edərək bildirib ki, Azərbaycan xalqı 200 il ərzində erməni qəsbkarlarının davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb.

 

1992-ci il fevralın 26-da Xocalı şəhərində törədilən kütləvi insan qırğını ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə əsl vəhşilik, genosid faktıdır. Bu zaman soydaşlarımızın əsas insan hüquqları, ən başlıcası isə təməl hüquq olan yaşamaq hüququ kütləvi şəkildə, kobudcasına pozulub.

 

Beynəlxalq hüquqa görə, genosid sülh və bəşəriyyət əleyhinə yönələn əməldir və ən ağır beynəlxalq cinayətlərdən hesab olunur. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsində qeyd olunur ki, genosid insan qruplarının yaşamaq hüququnu pozmaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dəyərlərdən məhrum edir. Belə əməllər BMT-nin məqsəd və vəzifələrinə, ümumbəşəri dəyərlərə tamamilə ziddir.

 

Ümummilli liderimiz Heydər Əliyevin Xocalı soyqırımının əsl mahiyyətini açıqladığı, hələ 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisinin bu soyqırımına hüquqi-siyasi qiymət verdiyi vurğulanıb.

 

Qeyd edilib ki, Ombudsman Elmira Süleymanova tərəfindən Xocalı soyqırımının iyirmi ikinci ildönümü ərəfəsində nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına Bəyanat ünvanlanıb. Həmin sənəddə insan hüquqlarının kütləvi şəkildə pozulması ilə nəticələnmiş bu qanlı faciəni törədənlərin cəzalandırılması və hadisəyə hüquqi qiymət verilməsi tələb edilib.

 

Cəlilabad Regional Mərkəzinin təşkil etdiyi bu maarifləndirmə tədbirlərində İnsan Hüquqları üzrə Müvəkkilin adı çəkilən Bəyanatı oxunub.

 

İştirakçılar belə tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayaraq, Ombudsmana minnətdarlıqlarını bildiriblər.

 

sia.az