Ombudsman Şəki Penitensiar Kompleksinə başçəkmə həyata keçirib

Posted by

Ombudsman Şəki Penitensiar Kompleksinə başçəkmə həyata keçirib

Ombudsman Şəki Penitensiar Kompleksinə başçəkmə həyata keçirib

Ombudsman Şəki Penitensiar Kompleksinə başçəkmə həyata keçirib

İşgəncələr əleyhinə Milli Preventiv Mexanizmin (MPM) funksiyalarını icra edən İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki Penitensiar Kompleksinə başçəkmə həyata keçirib.

 

Ombudsman Aparatından APA-ya verilən məlumata görə, başçəkmənin məqsədi bu müəssisədə məhkumların və istintaq altında olan şəxslərin saxlanılma şəraitinin, onlara qarşı rəftar vəziyyətinin araşdırılması olub.

 

Başçəkmə zamanı 900 nəfərin saxlanılması üçün nəzərdə tutulan, altı korpusdan ibarət kompleksin istintaq təcridxanasının bütün obyektlərinə, o cümlədən kameralara, cərimə təcridxanasına, tibbi-sanitar hissəyə, görüş otaqlarına, kitabxanaya, mətbəxə, camaşırxanaya baxış keçirilib, saxlanılma şəraitinin müasir standartlara cavab verdiyi müşahidə olunub.

 

Ombudsman müəssisədə saxlanılan bir sıra şəxslərlə, o cümlədən məhkumlarla görüşüb, onlara insan hüquqlarını və Müvəkkilin səlahiyyətlərini izah edib, təqsirləndirilən, həbs yerlərində saxlanılan şəxslərin, məhkumların hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti barədə məlumat verib, saxlanılan şəxslərə müvafiq tövsiyələrini bildirib.

 

Qəbul edilən şəxslər saxlanılma şəraitindən, qidanın keyfiyyətindən və müəssisə əməkdaşlarının onlara qarşı rəftarından narazılıq etməyiblər.

 

E.Süleymanova Şəki Penitensiar Kompleksinin rəhbərliyinə saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələrini verib.

 

Ombudsman səfər çərçivəsində habelə Şəki Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) müvəqqəti saxlanma yerinə (MSY) baxış keçirib, saxlanılma şəraiti, rəftar və müvafiq sənədləşmə araşdırılıb.

 

Müvəkkil MSY-də saxlanılan şəxslərlə söhbət aparıb, hüquqlarını izah edib, vəziyyətlərini öyrənib. Həmin şəxslər saxlanılma şəraitindən və müəssisə əməkdaşlarının onlara qarşı rəftarından narazılıq etməyiblər.

 

Müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib.

 

Apa.az