Ombudsman illik məruzəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

Posted by

Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2016-cı il üzrə illik məruzəsi Milli Məclisin insan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, komitə sədri Bahar Muradova bildirib ki, illik məruzə hərtərəfli hazırlanıb.

Ombudsman aparatının rəhbəri Aydın Səfixanlı məruzə və müraciətlər barədə məlumat verərək deyib ki, Ombudsmanın fəaliyyət göstərdiyi 15 ildə 148750 müraciət daxil olub. Bunlardan 18740-ı ötən ilin payına düşür. O qeyd edib ki, daxil olan ərizələrin 57 faizi icraata götürülməyib.

Müzakirələrdən sonra məruzə plenar iclasa tövsiyə olunub.

Apa.az