Ombudsman Aparatının əməkdaşları Leyla Yunusla görüşüb

Posted by

Ombudsman Aparatının əməkdaşları Leyla Yunusla görüşüb

Ombudsman Aparatının əməkdaşları Leyla Yunusla görüşüb

 

Ombudsman Aparatının əməkdaşları Leyla Yunusla görüşüb

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar xidmətin Bakı İstintaq Təcridxanasında (BİT) araşdırma aparıb.

 

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, araşdırma zamanı Müvəkkilin nümayəndələri BİT-də saxlanılan digər şəxslərlə yanaşı, Leyla Yunusova və İntiqam Əliyevlə də görüşüblər.

 

Araşdırma zamanı müəyyən olunub ki, L.Yunus Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin həkimlərinin xidmətindən imtina edib və bu barədə müvafiq sənədləşmə aparılıb.

 

Hər iki adıçəkilən şəxslə görüşün nəticələri barədə Ombudsman tərəfindən Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə müraciət olunub.

 

Trend.az