Oktyabr ayında 2989 əcnəbi tərəfindən Azərbaycan qanunvericiliyin tələblərinin pozulması halları aşkarlanıb

Posted by

Oktyabr ayında 2989 əcnəbi tərəfindən Azərbaycan qanunvericiliyin tələblərinin pozulması halları aşkarlanıbOktyabr ayında 2989 əcnəbi tərəfindən Azərbaycan qanunvericiliyin tələblərinin pozulması halları aşkarlanıb

Oktyabr ayında 2989 əcnəbi tərəfindən Azərbaycan qanunvericiliyin tələblərinin pozulması halları aşkarlanıb

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən oktyabr ayı ərzində 2989 əcnəbi tərəfindən Azərbaycanda olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib. Bu barədə APA-ya DMX-dən məlumat verilib.

 

Onlardan 9-nun Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub, 234 nəfərinə cərimə tətbiq edilməklə ölkə ərazisində yaşaması leqallaşdırılıb, 2077 əcnəbinin Azərbaycan ərazisini 48 saat ərzində tərk etməsi, 669 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılması barədə qərarlar qəbul edilib.

 

Ümumiyyətlə, ay ərzində DMX-ə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcədə vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 10 301 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib. Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 94 001 əcnəbinin müraciəti qeydə alınıb.

 

Bununla yanaşı, işə götürənin ölkə qanunvericiliyinin tələblərini pozmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi hallarının aşkar edilərək qarşısının alınması məqsədilə Xidmətin müvafiq struktur bölmələrinin əməkdaşları tərəfindən ölkə ərazisində fəaliyyət göstərən 13 sahibkarlıq subyektində yoxlamalar aparılıb. Keçirilmiş tədbirlər nəticəsində 6 sahibkarlıq subyektində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün iş icazələrinin alınması qaydalarının pozulması halları aşkarlanıb.

 

Apa.az