Nyu-Yorkda Azərbaycan və Ermənistanın xarici işlər naziri arasında görüş keçirilib
Azərbaycan XİN: Prezidentlərin Parisdə keçirilməsi nəzərdə tutulan görüşünə hazırlıq məsələləri müzakirə olunub
Azərbaycan Xarici İşlər Nazirliyi Nyu-Yorkda nazir Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan arasında keçirilən görüş barədə açıqlama yayıb. APA-nın xəbərinə görə, açıqlamada bildirilir ki, görüşdə münaqişənin həlli istiqamətində aparılan danışıqlar davam etdirilib: “Prezidentlərin Parisdə keçirilməsi nəzərdə tutulan görüşünə hazırlıq məsələləri müzakirə olunub”.
Apa/az