İnternet məkanda xarici ölkələrdə döyüşə təbliğat çağırışlarının qarşısının alınması üçün Azərbaycan qanunvericiliyində dəyişiklik ediləcək

Posted by

İnternet məkanda xarici ölkələrdə döyüşə təbliğat çağırışlarının qarşısının alınması üçün Azərbaycan qanunvericiliyində dəyişiklik ediləcək

 

İnternet məkanda xarici ölkələrdə döyüşə təbliğat çağırışlarının qarşısının alınması üçün Azərbaycan qanunvericiliyində dəyişiklik ediləcək

İnternet məkanda xarici ölkələrdə döyüşə təbliğat çağırışlarının qarşısının alınması üçün Azərbaycan qanunvericiliyində dəyişiklik ediləcək

 

Boloniya prosesinin Azərbaycanda tətbiqini koordinasiya edən, tələbələrin və müəllimlərin mobilliyinə şərait yaradılmasına imkan verən və bununla bağlı hesabatları hazırlamaq, eləcə də normativ hüquqi sənədləri təkmilləşdirmək məqsədilə Təhsil Nazirliyində universitetlərarası komitənin yaradılması nəzərdə tutulur.

 

Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsi müdirinin müavini Yaqub Piriyev APA-ya açıqlamasında deyib ki, işçi qrupu Boloniya prosesinin müddəalarının ölkəmizdə tətbiqi ilə bağlı Təhsil Nazirliyinə mütəmadi təkliflər verəcək və cəmiyyəti bu sahədə maarifləndirəcək.

 

Ali təhsil proqramlarının (standartlarının) Avropa məkanında tətbiq olunan müvafiq sənədlərə uyğunlaşdırılması məqsədilə bakalavr və magistr ixtisasları üzrə təhsil proqramlarına (standartlarına) yenidən baxılması məsələsinə gəlincə, nazirlik rəsmisi qeyd edib ki, ali təhsilin Avropa məkanına inteqrasiyası ilə bağlı təhsil proqramları da özündə məzunların bilik, bacarıq və vərdişlərini əks etdirməlidir: “Bununla yanaşı təhsil proqramları peşə kompetensiyalarını müəyyən etməlidir. Bu sənəddə təhsil alanın ixtisas xarakteristikası və kompetensiyası, eləcə də təhsilin məzmununa qoyulan minimum tələblər, peşə fəaliyyətinin xarakteristikası və əsas istiqamətlər, peşə fəaliyyəti üzrə hazırlıq səviyyəsinə qoyulan tələblər müəyyənləşdiriləcək. Bu da fərqlilikləri idarə edə, çoxlu ehtimalları araşdıra bilən, sürəkli öyrənən insan resurslarının yetişdirilməsini ehtiva edir. Beləliklə, təhsil proqramları daha dinamik bir yanaşma ilə həyat boyu öyrənməyə, inkişafa açıq olmaq məqsədlərini əks etdirməlidir. Bu məqsədlə də təhsil proqramları (kurikulimlar) bacarıqlar əsasında formalaşmalıdır”.

 

Ali təhsil müəssisələrinin fəaliyyətlərinin effektivliyini müəyyənləşdirən göstəricilər sisteminin işlənib hazırlanmasına münasibət bildirən Y.Piriyev bildirib ki, onların fəaliyyətinin effektivliyinin ölçülməsi bir çox səbəblərə görə aktualdır: “Onlardan ən başlıcası cəmiyyətdə ali təhsilə olan böyük tələbatdır. Həmin göstəricilər ilk növbədə abituriyentləri, onların valideynlərini, həmçinin, bu və ya digər ali təhsil müəssisəsində təhsilini davam etdirmək istəyənləri maraqlandırır. Bununla yanaşı, bu məlumatlar işəgötürənlər, təhsil idarəetmə orqanları və ali təhsil müəssisələrinin özləri üçün də istiqamətverici rolu oynayır. Ali təhsil müəssisəsinin fəaliyyətinin səmərəliliyini, eləcə də reytinqini müəyyənləşdirən indikatorlar: təhsil verənlərin intellektual potensialı, maddi-texniki baza, təhsilin keyfiyyəti, kadr hazırlığının peşəkarlığı, elmi tədqiqatların aparılması, beynəlxalq aləmdə tanınmaqdan ibarətdir. Bununla yanaşı, ali təhsil müəssisələrinin təhsil fəaliyyətinin səmərəliliyi məzunların seçdikləri ixtisas üzrə işlə təmin olunmasını təmin edə biləcək keyfiyyətli təhsil alması, nəticədə müvafiq bilik, bacarıq və vərdişlər qazanmaqla məzunlarının ixtisas üzrə işlə təmin olunmalarıdır”.

 

Apa.az