“İnsan hüquqlarının təmini Azərbaycan dövlətinin ali məqsədidir” mövzusunda konfrans keçirilib

Posted by

"İnsan hüquqlarının təmini Azərbaycan dövlətinin ali məqsədidir" mövzusunda konfrans keçirilib

“İnsan hüquqlarının təmini Azərbaycan dövlətinin ali məqsədidir” mövzusunda konfrans keçirilib"İnsan hüquqlarının təmini Azərbaycan dövlətinin ali məqsədidir" mövzusunda konfrans keçirilib

Bu gün Ombudsman Aparatında 10 dekabr-Beynəlxalq İnsan Hüquqları Gününə, BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi 65 illiyinə həsr olunan “İnsan hüquqlarının təmini Azərbaycan dövlətinin ali məqsədidir” mövzusunda konfrans keçirilib.

APA – nın məlumatına görə, konfransda çıxış edən Ombudsman Elmira Süleymanova bu günün əhəmiyyətliyindən danışıb. Ombudsman bildirib ki, ilk dəfə 1993-cü ildə Şərq ölkələri arasında ölüm hökmü Azərbaycanda ləğv edilib: “İnsan hüquqlarının qorunması üçün Azərbaycanda atılan əsas addımlardan biri də bu olub”.

Əhalinin maarifləndirilməsinin insan haqlarının qorunmasında əsas amillərdən biri olduğunu söyləyən Ombudsman bildirib ki, hazırda orta məktəblərdə uşaq hüquqlarının qorunması ilə bağlı dərslər keçirilir, uşaqlara hüquqları öyrədilir: “O cümlədən universitetlərdə də bu maarifləndirmə işləri aparılır”.