Nəqliyyat Nazirliyinin avtomobil yollarının çəkilməsi ilə bağlı səlahiyyətləri məhdudlaşdırılır

Posted by

Nəqliyyat Nazirliyinin avtomobil yollarının çəkilməsi ilə bağlı səlahiyyətləri məhdudlaşdırılırNəqliyyat Nazirliyinin avtomobil yollarının çəkilməsi ilə bağlı səlahiyyətləri məhdudlaşdırılır

Nəqliyyat Nazirliyinin avtomobil yollarının çəkilməsi ilə bağlı səlahiyyətləri məhdudlaşdırılır

Prezident İlham Əliyev “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” fərmana dəyişikliklər edib.

 

“APA-Economics”in xəbərinə görə, respublika və yerli əhəmiyyətli avtomobil yollar ilə bağlı məsələləri Nəqliyyat Nazirliyinin təqdimatı ilə Nazirlər Kabineti həyata keçirəcək.

 

Digər dövlət avtomobil yolları ilə bağlı məsələləri yerli icra hakimiyyəti orqanları (şəhər rayonu icra hakimiyyəti orqanları istisna olmaqla), qəsəbə və kəndlərin ərazisində yerləşən bələdiyyə avtomobil yollarına münasibətdə müvafiq bələdiyyələrin, özəl avtomobil yollarına münasibətdə isə mülkiyyətçilərin rəyini nəzərə almaqla, yerli icra hakimiyyəti orqanlarına həvalə olunub.

 

Apa/az