Noyabrda Vergilər Nazirliyinin Çağrı Mərkəzinə 13 minə yaxın müraciət daxil olub

Posted by

Noyabrda Vergilər Nazirliyinin Çağrı Mərkəzinə 13 minə yaxın müraciət daxil olubNoyabrda Vergilər Nazirliyinin Çağrı Mərkəzinə 13 minə yaxın müraciət daxil olub

Noyabrda Vergilər Nazirliyinin Çağrı Mərkəzinə 13 minə yaxın müraciət daxil olub

Bu ilin noyabr ayında Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzinə 12 869 və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,8% çox zəng zəng daxil olub.

 

“APA-Economics” Vergilər Nazirliyinin saytına istinadən xəbər verir ki, canlı əlaqə zamanı 12 111 sual xarakterli müraciət cavablandırılıb ki, onların da 19,2%-i qeydiyyat, 12,6%-i vergi növləri, 11%-i elektron xidmətlər, 7%-i elektron imza, 4,6%-i büdcə ilə hesablaşmalar, qalanı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi, vergi ödəyicisinə göndərilmiş mesajlar, vergi yoxlamaları, hesabatlar və s. barədə olub.

 

Daxil olmuş sual xarakterli müraciətlərin 276-sı barədə araşdırma aparılması üçün müraciət vərəqəsi tərtib edilib, onlar orta hesabla 2,2 gün ərzində cavablandırılıb. Hesabat dövründə vergi ödəyiciləri tərəfindən 1 773 dəfə vergi borcu, 597 dəfə vergi növləri barədə məlumat əldə etmək üçün səsli menyu xidmətindən istifadə edilib.

 

Bu müddətdə vergi ödəyicilərinə 14 931 məlumat xarakterli mesaj göndərilib. Onlardan 13 752-si qısa mesaj, 1 179-u ikitərəfli mesaj olub. Vergi ödəyicilərinin 195 Çağrı Mərkəzinin xidmətindən razı qalma səviyyəsi 95,2% təşkil edib.

 

Noyabr ərzində Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə daxil olmaların sayı 361 538 olub.

 

Apa.az