Novruz Məmmədov: “QHT-lər artıq beynəlxalq münasibətlərin çox mühüm aktyoruna çevriliblər”

Posted by

Novruz Məmmədov: "QHT-lər artıq beynəlxalq münasibətlərin çox mühüm aktyoruna çevriliblər"Novruz Məmmədov: “QHT-lər artıq beynəlxalq münasibətlərin çox mühüm aktyoruna çevriliblər”

Novruz Məmmədov: "QHT-lər artıq beynəlxalq münasibətlərin çox mühüm aktyoruna çevriliblər"

Vətəndaş cəmiyyəti quruculuğu ilə bağlı yaradılan QHT-lər artıq beynəlxalq münasibətlərin çox mühüm aktyoruna çevriliblər. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə “QHT əməkdaşlığının nailiyyətləri və gələcək perspektivləri” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda Prezident Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

 

N.Məmmədov bildirib ki, bu gün dünyada elə QHT-lər var ki, geosiyasi aktyor kimi fəaliyyət göstərir və beynəlxalq siyasətə təsir edir: “Dünyada yaranan gərginlikdə QHT-lərin də məsuliyyəti var”.

 

PA rəsmisi qeyd edib ki, postsovet məkanında Azərbaycan böyük uğurlar qazanan ölkələr sırasındadır: “Azərbaycan beynəlxalq terrorizmlə mübarizədə Qərblə mühüm əməkdaşlıq edib. Bu gün Əfqanıstana daşınan yüklərin 40 faizi Azərbaycan üzərindən aparılır. Biz həm siyasi, həm iqtisadi, həm mədəni sahədə Qərblə uğurla əməkdaşlıq edən ölkələrdənik”.

 

Trend/az