Novruz bayramı günlərində Dənizkənarı Bulvar İdarəsi gücləndirilmiş iş rejimində çalışacaq

Posted by

Novruz bayramı günlərində Dənizkənarı Bulvar İdarəsi bulvarda istirahət edən vətəndaşların təhlükəsizliyinin qorunması məqsədilə gücləndirilmiş iş rejimində çalışacaq. Bu barədə Trend-ə İdarənin rəis müavini Nazim Məcidov bildirib.

Onun sözlərinə görə, bayram günlərində bulvara gələn insanların sayı artır: “Buna görə də gücləndirilmiş iş rejimində işləyəcəyik. Bu, həm bulvardakı sahibkalara, həm də mühafizə xidmətinin işçilərinə aiddir”.

N.Məcidov deyib ki, yazın gəlişi ilə əlaqədar bulvardakı çəmənliklər bərpa edilir, yeni güllər əkilir, üstü bağlanan ağaclar açılır”.

Rəis müavini deyib ki, ehtiyac olmadığı üçün bəzi obyektlərin fəaliyyəti qış aylarında dayandırılmışdı. Həmin obyektlərin fəaliyyəti may ayından yenidən bərpa ediləcək.

Qeyd edək ki, Novruz bayramı ilə əlaqədar martın 20-dən 27-dək ölkədə qeyri-iş günü olacaq.

Trend.az