Norveçdəki Azərbaycan diasporu Respublika Günü münasibətilə tədbir keçirmişdir

Posted by

Norveçdəki Azərbaycan diasporu 28 May-Respublika Günü münasibətilə tədbir keçirmişdir.

Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO) və Oslodakı Azərbaycan Evinin keçirdiyi tədbirdə Azərbaycan və türk diaspor təşkilatlarının üzvləri iştirak etmişlər.

Dövlət himnimiz səsləndikdən sonra Azərbaycan Evinin sədri Ramil Əliyev çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən danışmış, onun dünya dövlətlərində yaşayan azərbaycanlıların birləşməsində mühüm rola malik olduğunu qeyd etmişdir. R.Əliyev demişdir ki, dünyanın istənilən nöqtəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının qürur mənbəyi olan Respublika Günü müstəqilliyimizin simvoludur.

Norveçdəki Azərbaycan diasporunun nümayəndələri tədbirdə çıxış edərək ölkəmizin müstəqilliyinin sarsılmaz olduğunu bildirmişlər.

AzərTac.az