Saytda axtarış:
Sorğu
Azərbaycanda İnsan hüquqlarının müdafiə olunma səviyyəsi sizi qane edirmi?
Bəli
Xeyr
Bilmirəm

Partnyorlarımız




















Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi barədə AR Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 1, maddə 1, ¹ 3, maddə 131; 2002-ci il, ¹ 12, maddə 693; 2003-cü il, ¹ 1, maddə 16; 2004-cü il, ¹ 1, maddə 10, ¹ 4, maddə 199, ¹ 5, maddə 321, ¹ 8, maddə 597, ¹ 11, maddə 884; 2005-ci il ¹ 6, maddə 463, ¹ 6, maddə 475, ¹ 10, maddə 874) aşağıdakı əlavə və dəyişiklik edilsin:
8.1.4-cü maddədə “Hərbi Məhkəməsinin Aparatı,” sözlərindən sonra “Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikası Məhkəməsinin Aparatı, Azərbaycan Respublikası Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın Katibliyi” sözləri əlavə edilsin, “Beynəlxalq Müqavilələrdən İrəli Gələn Mübahisələrə dair Azərbaycan Respublikası İqtisad Məhkəməsinin Aparatı” sözləri çıxarılsın.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasinin Prezidenti

Bakı şəhəri, 12 may 2006-cı il
¹ 108-IIIQD

Oxunub:2300 dəfə | Tarix: 19 Iyul 2008 | Kateqoriya: Normativ aktlar


Ünvan: Bakı ş., ak. Həsən Əliyev küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 564-11-38;
E-mail: office@azhumanrights.az