“New York Times” qəzetinin əməkdaşları Azərbaycanın işğal olunmuş ərazilərinə getmək üçün XİN-ə müraciət ediblər
“New York Times” qəzetinin əməkdaşları Azərbaycanın işğal olunmuş ərazilərinə getmək üçün Xarici İşlər Nazirliyinə müraciət ediblər.
Trend-in məlumatına görə, bunu çərşənbə günü keçirdiyi brifinqdə XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib:
“Biz dәfәlәrlә bildirmişdik ki, Azərbaycanın Xarici İşlər Nazirliyinə “qara siyahı”dan çıxarılma ilә bağlı müxtəlif şәxslәrdәn müraciәtlәr daxil olur. Onlar Azərbaycan tәrәfinә müraciәt edәrәk rəsmi Bakının razılığını almaq istәyirlәr”.
E.Abdullayev bildirib ki, ABŞ-ın “New York Times” qəzetinin Moskva bürosunun müxbirləri Noa Snayder, Viktor Klimenko, Ceyms Hill, Ben Salamon, Devid Herzinkom Azərbaycanın işğal olunmuş ərazilərinə getmək üçün Azərbaycan XİN-ə müraciət ediblər. Hazırda onların müraciətinə baxılır.
Qeyd edək ki, ABŞ-ın Kaliforniya ştatının rəsmi şəxslərindən və Amerikanın Erməni Milli Komitəsinin qərb qanadı üzvlərindən ibarət nümayəndə heyətinin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfəri barədə məlumat yayılmışdı. Həmin siyahıda olan Los Anceles Şәhәr Şurasının üzvü Bob Blumenfild Azәrbaycanın Los Ancelesdәki Baş konsulluğuna müraciət edәrək Dağlıq Qarabağ regionuna sәfәr etmәk üçün Azәrbaycan tәrәfinin razılığını istәmişdi.
E.Abdullayev deyib ki, siyahıda olanların mütlәq әksәriyyәtinin ermәni olması onu göstәrir ki, bu gün beynәlxalq hüquq normalarına hörmәt edilmәsi olduqca zәruridir: “Qanunsuz sәfәrlәrin hәyata keçirilmәsi ilә bağlı Azәrbaycan tәrәfi öz prinsipial mövqeyini sürdürәcәk”.
Onun sözlərinə görə, “qara siyahı”dan çıxarılma ilә bağlı dәyişiklikləri XİN-in rәsmi saytındakı siyahıdan izlәmәk olar.