“New York Times” Bakını səyahət üçün tövsiyə olunan şəhərlər sırasına daxil edib

Posted by

"New York Times” Bakını səyahət üçün tövsiyə olunan şəhərlər sırasına daxil edib“New York Times” Bakını səyahət üçün tövsiyə olunan şəhərlər sırasına daxil edib

"New York Times” Bakını səyahət üçün tövsiyə olunan şəhərlər sırasına daxil edib

ABŞ-ın nüfuzlu “New York Times” qəzeti 2015-ci ildə dünyanın gəzməli-görməli şəhərlərinin siyahısını hazırlayıb.

 

“APA-Economics”in “New York Times”a istinadən verdiyi məlumata görə, 52 şəhər arasında Bakı da yer alıb.

 

Məqalənin Bakı ilə bağlı “Neft yanacağı, memarlıq və turizm bumu” adlı hissəsində qeyd edilir ki, qədim mədəniyyətin və Dubay tərzində qeyri-adiliyin vəhdəti Bakını turistlər üçün hazırlanan xəritəyə daxil etməyə imkan verir: “İkinci neft bumu Xəzərin sahilində şəhərin ciddi şəkildə zənginləşməsinə və yeni görünüş almasına yol açıb. Son illər hökumət neft vəsaitlərindən əldə olunan gəlirləri UNESCO tərəfindən qorunan şəhərin tarixi mərkəzini əhatə etmiş iri memarlıq layihələrinə yönəldir”.

 

“New York Times” Alov Qüllələrini (Flame Towers), habelə məşhur memar Zaha Hadidin layihəsi əsasında inşa edilmiş Heydər Əliyev Mərkəzini qeyd edir. Dəbdəbəli otellərə gəlincə, turistlərə “Hilton”, “Four Season”, “Kempinski”, habelə yayda təhvil veriləcək 33 mərtəbəli “Trump International Hotel & Baku Tower” tövsiyə olunur.

 

“New York Times” sonda Bakıda ilk dəfə olaraq iyun ayında I Avropa Oyunlarının keçiriləcəyini qeyd edir.

 

Qeyd edək ki, “New York Times”ın seçdiyi 52 şəhər arasında Türkiyə, İtaliya, Kuba, Filadelfiya, Çili, Sinqapur, Boliviya, Makedoniya, Kolumbiya, Fransa və digər ölkələrin şəhərləri yer alıb.

 

Apa.az