“Neft Daşları” yatağında yeni quyu istismara verilmişdir
“Neft Daşları” yatağındakı 2585 nömrəli stasionar dəniz özülündən 2591 nömrəli quyu qazmadan sonra istismara verilmişdir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Kompleks Qazma İşləri Tresti tərəfindən qirməki üstü qumlu lay dəstəsinə qazılmış quyu 2635-2620 metr intervaldan sutkalıq 30 ton neft və 6000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilmişdir.
Quyu “Neft Daşları” neft-qaz çıxarma idarəsinin sifarişi ilə qazılmışdır.
AzərTAc.az