Nəcməddin Sadıkov NATO-nun Belçikadakı tədbirində iştirak edəcək
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi NATO tədbirində iştirak edəcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, bu gün Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Belçika Krallığına yola düşüb.
O, mayın 21-də Brüssel şəhərində NATO-nun Hərbi Komitəsinin Baş Qərargah rəisləri səviyyəsində İSAF və post-2014 Qətiyyətli Dəstək üzrə formatlarında keçiriləcək növbəti iclaslarında iştirak edəcək.
Trend.az