Nazirlik məcburi köçkün ailələrinə bayram sovqatı paylayıb

Posted by

Nazirlik məcburi köçkün ailələrinə bayram sovqatı paylayıb

Nazirlik məcburi köçkün ailələrinə bayram sovqatı paylayıb

Nazirlik məcburi köçkün ailələrinə bayram sovqatı paylayıb

Təhsil Nazirliyi (TN) tərəfindən Novruz bayramı münasibətilə Göygöl rayonu ərazisində müvəqqəti məskunlaşmış Kəlbəcərdən olan məcburi köçkün ailələrinə bayram sovqatı paylanılıb. TN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, nazirlik hər il olduğu kimi, Novruz bayramı ərəfəsində kəlbəcərli məcburi köçkün ailələrin yanında olmaq, Ermənistanın işğalçılıq siyasəti nəticəsində doğma yurdlarından didərgin düşmüş insanlara yardım etmək və mənəvi dəstək göstərmək ənənəsinə sadiq qalıb.

 

1250 ailə üçün nəzərdə tutulmuş bayram sovqatı nazirliyin nümayəndələri tərəfindən Göygöl rayonunda müvəqqəti məskunlaşmış kəlbəcərli ailələrə paylanılıb.

 

Məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib və işğal olunmuş torpaqlarımızın ölkə Prezidentinin həyata keçirdiyi məqsədyönlü siyasət sayəsində tezliklə azad olunacağına ümidvar olduqlarını bildiriblər.

 

Sia.az