Nazir müavini: ““Bəzi gənclər təşkilatları layihələrin icrası zamanı üzərlərinə götürdükləri öhdəlikləri tam yerinə yetirə bilmir”

Posted by

“Azərbaycanda gənclər təşkilatlarının layihələrinin dəstəklənməsi üçün ayrılan vəsaitin həcmi bir çox Avropa ölkələri ilə müqayisədə çoxdur”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 2013-cü ildəki fəaliyyətinə həsr olunmuş yekun konfransda gənclər və idman nazirinin müavini İntiqam Babayev söyləyib.

İ. Babayev bildirib ki, bəzən hansısa xarici dövlətlərin, təşkilatların hesabatlarında Azərbaycanda ictimai fəallığın olmadığı qeyd edilir: “Ancaq açıqlanan rəqəmlər, göstəricilər gənclər təşkilatlarına, QHT sektoruna verilən dəstəyin göz önündə olduğunu ortaya qoyur. Bəzən xarici təşkilatlardan bizi təftiş etməyə gəlirlər. Ancaq bizi təftiş etməyə gələn həmin xarici təşkilatlar işlərlə tanış olandan sonra etiraf edirlər ki, onların bizdən öyrənmələrinə ehtiyac var”.

İ. Babayev böyük işlər görüləndə təbii ki, problemlərin də ortaya çıxdığını söyləyib: “Bəzi gənclər təşkilatları layihələrin icrası zamanı üzərlərinə götürdükləri öhdəlikləri tam yerinə yetirə bilmirlər. Bunlar da zamanla aradan qalxacaq”.

Apa.az