Nazir Kəmaləddin Heydərov Göyçayda vətəndaşları qəbul edib

Posted by

Nazir Kəmaləddin Heydərov Göyçayda vətəndaşları qəbul edibNazir Kəmaləddin Heydərov Göyçayda vətəndaşları qəbul edib

Nazir Kəmaləddin Heydərov Göyçayda vətəndaşları qəbul edib

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov iyunun 30-da Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində Göyçay, Ucar, Zərdab, Kürdəmir rayonlarının sakinlərini, habelə, həmin şəhər və rayonlarda müvəqqəti məskunlaşan məcburi köçkünləri qəbul edərək onların müraciətlərinə baxıb.

 

APA-nın yerli bürosunun xəbərinə görə, nazirliyin müvafiq struktur rəhbərlərinin, rayonların fövqəladə hallar komissiyaları sədrlərinin iştirakı ilə keçirilən qəbul zamanı edilən müraciətlərin əksəriyyəti işə qəbul, qəzalı vəziyyətdəki evlərin təmiri və digər məsələlərlə bağlı olub.

 

K. Heydərov, nazir müavinləri və struktur rəhbərləri tərəfindən vətəndaşların müraciəti dinlənilib, onların bir qismi yerində həllini tapıb.

 

Nazir vətəndaşların qaldırdıqları məsələlərin qanunauyğun və operativ həll edilməsi üçün əlaqədar qurumların rəhbərlərinə müvafiq göstərişlər verib.

 

Apa.az