Nazir: Azərbaycanda bütün lisenziyalaşdırma prosesi internet vasitəsilə həyata keçirilir

Posted by

Nazir: Azərbaycanda bütün lisenziyalaşdırma prosesi internet vasitəsilə həyata keçirilirNazir: Azərbaycanda bütün lisenziyalaşdırma prosesi internet vasitəsilə həyata keçirilir

Nazir: Azərbaycanda bütün lisenziyalaşdırma prosesi internet vasitəsilə həyata keçirilir

“Bu il bizim üçün çox işgüzar il oldu. Azərbaycan ilk dəfə olaraq Ümumdünya Turizm Təşkilatının İcraiyyə Komitəsinin üzvlüyünə daxil olaraq Azərbaycanda Avropa Komissiyasının iclasının keçirilməsinə nail oldu”. Trend xəbər verir ki, bunu jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Ə.Qarayev bildirib ki, Azərbaycanda turizm şirkətlərinin, otellərin sayı artmaqdadır: “Artıq bu gün 35 min yataq yeri olan potensialımız mövcuddur. Son illərdə cənab Prezidentin tapşırığına əsasən, Azərbaycanda bütün lisenziyalaşdırma prosesi internet vasitəsilə həyata keçirilir. Bu da turizm sənayesinin inkişafına və sərbəst fəaliyyətinə imkan verir”.

Nazir qeyd edib ki, dünya turizm bazarında Azərbaycan öz yerini tutmaqdadır: “Cənab Prezidentin turizmə göstərdiyi gündəlik qayğı nəticəsində, bilirsiniz ki, Azərbaycanda indi klasterlərin formalaşdırılması bizim üçün artıq olduqca vacibdir. Klasterlər artıq Qəbələdə, Şahdağda, Qubada var. Quba-Qusar klaster olaraq hazırlanır. Biz indi Şəmkir-Göygöl tərəflərdə də klasterin formalaşdırılmasına böyük maraq göstəririk. Düşünürəm ki, ondan sonra cənub bölgəsində də klaster formalaşdırlacaq. Bu, düzgün istiqamətdir. İnsanların rəyi ondan xəbər verir ki, real olaraq bu, maraq oyadır. Bu ilin böyük nəticəsi həm də ondan ibarətdir ki, bu yay mövsümündə müstəqillik dövründə ilk dəfə cənab Prezidentin şəxsi təşəbbüsü nəticəsində Azərbaycanda “Ölkəmizi tanıyaq” adlı layihə gerçəkləşdi. 3000-ə yaxın gənc bu layihə çərçivəsində müxtəlif rayonları gəzərək maraqlı yerləri ziyarət edib və sözsüz ki, bu da gənclərin vətənpərvər ruhda tərbiyə olunmasında böyük rol oynayacaq”.

 

Trend.az