NATO-nun Avropadakı Qərargahında Azərbaycan müdafiə nazirinin rəsmi qarşılanma mərasimi olub
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanı və ABŞ-ın Avropadakı Qüvvələri Komandanı general Filip Bridlavın dəvəti ilə Belçika Krallığında rəsmi səfərdədir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərin ilk günü NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanlığı Qərargahında Azərbaycan nümayəndə heyətinin rəsmi qarşılanma mərasimi keçirilib.
Müdafiə naziri general-polkovnik Z.Həsənovla general F.Bridlav arasında keçirilən görüşdə NATO-Azərbaycan əlaqələri və əməkdaşlığın inkişafı perspektivləri müzakirə edilib.
Sonra Azərbaycan nümayəndə heyəti Belçikanın Mons şəhərində yerləşən NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanlığı Qərargahının fəaliyyəti ilə də tanış olub.
Apa.az