NATO nümayəndələri Azərbaycana səfərə gələcəklər

Posted by

NATO nümayəndələri Azərbaycana səfərə gələcəklər

NATO nümayəndələri Azərbaycana səfərə gələcəklərNATO nümayəndələri Azərbaycana səfərə gələcəklər

NATO-nun ekspert qrupu Azərbaycana səfər edəcək.

Müdafiə Nazirliyindən Trend-ə bildiriblər ki, Tərəfdaşlıq Təlim və Təhsil Mərkəzinin yaradılması və onun NATO tərəfindən tanınması məqsədilə noyabrın 18-də NATO-nun ekspert qrupunun Azərbaycana səfəri başlayır.

Noyabrın 22-ə kimi davam edəcək səfərdə NATO ekspertlərinin Müdafiə Nazirliyinin rəhbərliyi ilə görüşü keçiriləcək. Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması istiqamətində görülən işlər müzakirə ediləcək.