NATO Şimali Atlantika Şurası xarici işlər nazirlərinin iclasının tarixi açıqlanıb
NATO Şimali Atlantika Şurasının xarici işlər nazirləri səviyyəsində keçiriləcək iclasının tarixi açıqlanıb.
Trend-in NATO-nun rəsmi saytına istinadən verdiyi məlumata görə, Şimali Atlantika Şurası xarici işlər nazirlərinin iclası aprelin 1-2-də baş tutacaq.
Məlumatda qeyd olunur ki, iki gün davam edəcək iclas NATO-nun mənzil qərargahında keçiriləcək.
İclasa NATO-nun baş katibi Anders Foq Rasmussen sədrlik edəcək.
Trend.az