NATO Azərbaycan hərbçiləri üçün Bakıda təlim kursu keçirir
Bakıda “NATO-da Maddi-Texniki Təminat Dəstəyi” mövzusunda təlim kursu keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (SQ TTM) NATO-nun Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən “NATO-da Maddi-Texniki Təminat Dəstəyi” mövzusunda təlim kursu keçirilir.
Təlim kursunda beynəlxalq maddi-texniki təminatın əsasları, NATO-da planlaşdırma, strateji hərbi hava vasitələrinin təminatı və digər mövzular dinləyicilərin diqqətinə çatdırılacaqdır.
Kurs mayın 23-də sona çatacaqdır.
Trend.az