MTRŞ telekanallarda mərc oyunlarının gündüz saatlarında reklam edilməsini araşdıracaq

Posted by

Milli Televiziya və Radio Şurası (MTRŞ) Azərbaycan telekanallarında mərc oyunları barədə gedən reklamlarla bağlı məsələni müzakirəyə çıxaracaq. Bu barədə Trend-in sorğusuna cavabında Şuranın sədri Nuşirəvan Məhərrəmli bildirib.

N.Məhərrəmli deyib ki, uşaqların və yeniyetmələrin tərbiyəsinə mənfi təsir edən mərc oyunları ilə bağlı reklamların gecə saatlarında, yəni 23:00-dan sonra efirə getməsi daha məqsədəuyğun olar: “Bu məsələni Şurada müzakirə edib öz tövsiyələrimizi verəcəyik”.

MTRŞ sədri hesab edir ki, müvafiq nazirliklər də bu məsələni nəzərə almalıdır.

Qeyd edək ki, bəzi televiziya kanallarında mərc oyunlarının reklamları gündüz saatlarında efirə verilir. Bu isə uşaq və yeniyetmələrdə pis vərdişlərin yaranmasına səbəb olur

Trend.az