MSK-nın növbəti iclası keçirildi
Bu gün Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
MSK-dan Trend-ə verilən məlumata görə, əvvəlcə Komissiyanın 7 yanvar və 9 yanvar 2015-ci il tarixlərində keçirilmiş iclaslarının protokolları təsdiq edilib.
Sonra 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxıldı. MSK üzvləri tərəfindən müzakirə edildikdən sonra müraciətlərlə bağlı müvafiq qərarlar qəbul edildi.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxıldı.
Trend/az