Mərkəzi Seçki Komissiyası beynəlxalq təşkilatlarla əlaqələrə hər zaman önəm verir

Posted by

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru Mixael Linkin başçılıq etdiyi nümayəndə heyəti aprelin 8-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.

MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Məzahir Pənahov nümayəndə heyəti ilə görüşdən məmnunluğunu ifadə edərək, rəhbərlik etdiyi qurumun beynəlxalq təşkilatlarla əlaqələrinə hər zaman önəm verdiyini, bu münasibətlərin seçki praktikasının daha da təkmilləşdirilməsində əhəmiyyətli rol oynadığını, gələcəkdə də seçkilər sahəsində qarşılıqlı faydalı əməkdaşlığı davam etdirmək niyyətində olduğunu bildirib.

Səmimi görüşə görə təşəkkürünü bildirən Mixael Link qarşıdan gələn seçkilərlə bağlı görüləcək işlərlə maraqlanıb.

Qonaqların suallarını cavablandıran MSK sədri Məzahir Pənahov ölkəmizin seçki qanunvericiliyi, seçici siyahılarının dəqiqləşdirilməsi, seçki komissiyalarının fəaliyyət prinsipləri, eləcə də vətəndaşların seçki hüquqlarının təmin edilməsi üçün atılacaq addımlar və nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verib.

Görüşdə, həmçinin qurumlar arasındakı əməkdaşlıqdan əldə olunmuş təcrübə müzakirə edilib və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AzərTac.az