Mərkəzi Bank uçot dərəcəsini aşağı salıb

Posted by

Mərkəzi Bank uçot dərəcəsini aşağı salıb

Mərkəzi Bank uçot dərəcəsini aşağı salıb

Mərkəzi Bank uçot dərəcəsini aşağı salıb

Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) İdarə Heyətinin 2014-cü ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.

 

AMB-dən “APA-Economics”ə verilən məlumata görə, iclasda birinci rübdə milli iqtisadiyyatda artım prosesləri davam etməsi, qeyri-neft sektoru iqtisadi artımın əsas mənbəyi olması müzakirə olunub.

 

Daha sonra ölkənin əlverişli xarici iqtisadi mövqeyi qorunub saxlanması, strateji valyuta ehtiyatları artmaqda davam etməsi vurğulanıb. Makroiqtisadi sabitlik möhkəmlənib, inflyasiyanın daha da azalması müşahidə olunub, orta illik inflyasiya rüb ərzində cəmi 2% təşkil edib.

 

İnflyasiyanın aşağı səviyyədə olmasını nəzərə alaraq qeyri-neft sektorunda investisiya fəallığının daha da artmasına və milli iqtisadiyyatın şaxələnməsinə zəruri dəstək vermək, habelə faiz dərəcələrinin enməsinin davamlılığına şərait yaratmaq məqsədilə AMB İdarə Heyəti 1 may 2014-cü il tarixindən etibarən uçot dərəcəsinin 4,75%-dən 4,25%-ə endirilməsi barədə qərar qəbul edib.

 

Eyni zamanda faiz dəhlizinin parametrlərinə də dəyişikliklər edilib. Dəhlizin yuxarı həddi 7%-dən 6%-ə, aşağı həddi isə 1%-dən 0,5%-ə endirilib.

 

Apa.az