Müraciәtlәrin əksəriyyəti yerindәcә öz hәllini tapıb

Posted by

Müraciәtlәrin əksəriyyəti yerindәcә öz hәllini tapıbMüraciәtlәrin əksəriyyəti yerindәcә öz hәllini tapıb

Müraciәtlәrin əksəriyyəti yerindәcә öz hәllini tapıb

Bu gün İmişlidə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin növbəti vətəndaş qəbulu keçirilib.

 

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Heydər Əliyev Mərkəzində təşkil olunmuş qəbulda Ş.Mustafayev Saatlı, İmişli və Beyləqan rayonlarından olan vətəndaşlarla görüşüb.

 

Nazir qəbula gəlmiş vətəndaşların müraciətlərini diqqətlə dinləyib. Hәr bir vətəndaş müraciәtinin operativ araşdırılması, qaldırılan mәsәlәlәrin qanunvericiliyә uyğun hәlli istiqamәtindә nazirliyin müvafiq strukturlarının rәhbәrlәrinә konkret tapşırıqlar verilib. Müraciәtlәrin əksəriyyəti yerindәcә öz hәllini tapıb. Eyni zamanda, vәtәndaşlar tәrәfindәn verilәn müxtәlif tәkliflәr qeydiyyata alınıb, onların qaldırdığı məsələlər araşdırılması və müvafiq tәdbirlәrin görülmәsi üçün nәzarәtә götürülüb. İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlər barədə isə vətəndaşlara ətraflı izahat verilib, həmin müraciətlərin aidiyyəti strukturlara çatdırılacağı bildirilib.

 

Qəbul zamanı vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal və emal müəssisələrinin yaradılması, kredit ittifaqlarının Sahibkarlığa Kömək Milli Fondu ilə əməkdaşlığı, əkin sahələrinin suvarılması, mal-qaranın sığortası, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.

 

Ş.Mustafayev qəbula gəlmiş sahibkarların quşçuluq, taxılçılıq, toxumçuluq, üzümçülük, müasir heyvandarlıq kompleksinin yaradılması, mineral suların qablaşdırılması və satışı, mebel və tikinti materiallarının istehsalı və s. sahələr üzrə təkliflərini də dinləyib, onlarla müzakirələr aparılıb, müvafiq sahələr üzrə investisiya layihələrinin hazırlanmasına dəstək göstərilməsi və güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.

 

Qəbul günü birbaşa müraciət edən vətəndaşlar da nazir tərəfindən qəbul edilib, hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşılıb, müraciətlərin qanunvericiliyə müvafiq qaydada həlli üçün müvafiq tədbirlər görülüb.

 

Ümumilikdə İmişlidə keçirilmiş qəbul zamanı 90-a yaxın vətəndaş müraciət edib.

 

Qeyd edək ki, qəbul barədə ictimaiyyətin ətraflı məlumatlandırılması, eləcə də vətəndaşların rahatlığının təmin edilməsi məqsədilə əvvəlcədən kütləvi informasiya vasitələrində elanlar verilib və qəbula yazılmaq üçün əlaqə vasitələri göstərilib. Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı və əlaqə nömrələri, 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin nazirliyin rəsmi internet və facebook səhifələri vasitəsilə qəbula yazılıblar.

 

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri tərəfindən mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razılıqlarını bildirən vətəndaşlar yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıq ediblər.

 

Trend.az