Moskvada “Xocalıya ədalət!” Beynəlxalq kampaniyası çərçivəsində tədbir keçiriləcək
Fevralın 27-də Moskvada, “AZIMUT Moskow Olympic Hotel”də “Xocalıya ədalət!” Beynəlxalq kampaniyası çərçivəsində tədbir keçiriləcək.
Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) idarə heyətindən bildiriblər ki, tədbirdə “CƏHƏNNƏMİ görmüş pilot” filmi nümayiş etdiriləcək.
Filmdə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin Xocalı faciəsindən sonra çəkdiyi kadrlar nümayiş etdirilir.
Videoçəkilişlərin aparıldığı vertolyotun komandiri Leonid Kravets görüş iştirakçılarına müraciət edəcək.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-nin sədri Leyla Əliyeva, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Ümumrusiya Azərbaycanlılar Konqresinin prezidenti Məmməd Əliyev və digər rəsmi şəxslər iştirak edəcəklər.
Sia.az