Moskvada keçirilən “Rusiya-Azərbaycan: tarixi dialoq” beynəlxalq layihəsi çərçivəsində ilk kitab işıq üzü görüb

Posted by

Moskvada keçirilən “Rusiya-Azərbaycan: tarixi dialoq” beynəlxalq layihəsi çərçivəsində ilk kitab işıq üzü görüb

Moskvada keçirilən “Rusiya-Azərbaycan: tarixi dialoq” beynəlxalq layihəsi çərçivəsində ilk kitab işıq üzü görüb

Moskvada keçirilən “Rusiya-Azərbaycan: tarixi dialoq” beynəlxalq layihəsi çərçivəsində ilk kitab işıq üzü görüb

Heydər Əliyev Fondunun dəstəyi və Ümumrusiya Azərbaycan Konqresinin təşkilatçılığı ilə həyata keçirilən “Rusiya-Azərbaycan: tarixi dialoq” beynəlxalq layihəsi çərçivəsində ilk kitab işıq üzü görüb.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, “Azərbaycanda etnomədəni müxtəliflik” adlanan əsər, ölkəmizdəki etnik fərqliliklərin, multikulturalizmin birgə ahənginə həsr edilib.

 

Kitabda, Azərbaycanda mövcud olan milli azlıqların yayılma coğrafiyası, mədəni dəyərləri oxucuya təqdim edilir. Azərbaycanda əsrlərlə yaşı olan tolerantlıq, milli-dini dözümlülük, bütün dünyaya nümunə kimi göstərilib. Müəllif, hər bir xalqa dövlət səviyyəsində qayğı göstərilməsinə nümunə kimi, Qubadakı Qırmızı qəsəbədə yaşayan Dağ yəhudiləri icmasını göstərib.

 

Rusiya Dövlət Kitabxanasının Şərq Ədəbiyyatı Mərkəzində keçirilən təqdimat mərasimində çıxış edənlər antisemitizmin tüğyan etdiyi tarixi dövrlərdə belə, Dağ yəhudilərinin Azərbaycanda əmin-amanlıqda, Azərbaycan xalqı ilə çiyin-çiyinə yaşayıb və inkişaf etdiyini bildiriblər.

 

“Azərbaycanda etnomədəni müxtəliflik” kitabının müəllifi, “STMEGİ” fondunun rəhbəri, fəlsəfə elmləri namizədi German Zaxaryayev Azərbaycanın etnomədəni müxtəliflikləri ilə bağlı araşdırmalarını davam etdirəcəyini söyləyib: “İstərdik ki, bu kitabı oxuyanlar, xüsusilə də Rusiya ictimaiyyəti Azərbaycanı daha yaxından tanısın. Azərbaycanda çoxlu sayda azsaylı millətlər var. Onlar əsrlər boyu dinc şəkildə, əmin-amanlıqda yaşayıblar. Bu etnik azlıqlar həm də öz mədəniyyətlərini, adət ənənələrini qoruyub saxlaya biliblər. Bunun üçün onlar ilk növbədə Azərbaycan xalqının tolerantlığına və Azərbaycan dövlətinin qayğısına borcludurlar. Bu kitabda da, ölkədəki etnik azlıqların, xüsusilə də dağ yəhudiləri icmasının həyat tərzini təsvir etməyə çalışmışıq. Azərbaycanın milli-etnik dəyərlərini araşdırmaqda davam edəcəyik”.

 

Apa.az