Monteneqronun Baş naziri Milo Cukanoviç Azərbaycana rəsmi səfərə gəlib
Sentyabrın 17-də Monteneqronun Baş naziri Milo Cukanoviç Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Monteneqronun Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Baş nazir Milo Cukanoviçi hava limanında Azərbaycan Respublikasının Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşıladılar.
Trend/az