Monteneqrolu müəllimlərə və şagirdlərə Azərbaycanın dövlətçilik və müstəqillik tarixi haqqında məlumat verilib

Posted by

Monteneqrolu müəllimlərə və şagirdlərə Azərbaycanın dövlətçilik və müstəqillik tarixi haqqında məlumat verilibMonteneqrolu müəllimlərə və şagirdlərə Azərbaycanın dövlətçilik və müstəqillik tarixi haqqında məlumat verilib

Monteneqrolu müəllimlərə və şagirdlərə Azərbaycanın dövlətçilik və müstəqillik tarixi haqqında məlumat verilib

Podqoritsadakı “18 oktyabr” məktəbində ölkəmizin Monteneqrodakı diplomatik nümayəndəliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə bayram tədbiri keçirilib.

Tədbirdə nümayəndəliyin əməkdaşları monteneqrolu müəllimlərə və şagirdlərə Azərbaycanın dövlətçilik və müstəqillik tarixi haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, Azərbaycan ilə Monteneqro arasında bütün istiqamətlərdə, o cümlədən təhsil sahəsində əlaqələr yüksələn xətlə inkişaf edir. Monteneqronun Baş naziri Milo Cukanoviçin cari ilin sentyabrında Azərbaycana səfəri zamanı imzalanmış təhsil sahəsində əməkdaşlığa dair saziş bu sahədə əlaqələrin genişlənməsinə töhfə verir. Cari ildə ilk dəfə Azərbaycanın ADA Universitetində Monteneqrodan üç tələbənin də təhsil alması məmnunluq doğurur.

Sonra məktəblilər Azərbaycanın Dövlət himnini və mahnılarını səsləndirib, Monteneqro dilinə tərcümə edilmiş Azərbaycan uşaq şerlərindən nümunələr oxuyublar.

Sonda şagirdlərə nümayəndəlik tərəfindən hədiyyələr təqdim edilib.

 

AzərTac.az