Monteneqro parlamentinin sədri, ATƏT Parlament Assambleyasının prezidenti Azərbaycana səfərə gəlmişdir

Posted by

Monteneqro parlamentinin sədri, ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiç aprelin 15-də Azərbaycana səfərə gəlmişdir.

AzərTAc xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Monteneqro parlamentinin sədrini Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılamışlar.

Monteneqro parlamentinin sədri Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə müsahibəsində bildirmişdir ki, Azərbaycana həm ATƏT PA-nın prezidenti, həm də Monteneqro parlamentinin sədri kimi böyük məmnuniyyətlə gəlmişəm. Dünyanın ən böyük Parlament assambleyalarından biri olan ATƏT-in Parlament Assambleyasının növbəti sessiyası Bakıda keçiriləcəkdir. Bu qərarın qəbul edilməsinə görə mən Azərbaycan hökuməti və parlamentinə minnətdarlığımı bildirirəm. Bu, Azərbaycan üçün əlamətdar hadisə olacaqdır. Səfərim həm də Monteneqro və Azərbaycan arasında yüksək səviyyədə olan siyasi və iqtisadi əlaqələri genişləndirmək məqsədi daşıyır.

ATƏT PA-nın prezidentinin ölkəmizdə bir sıra görüşlər keçirməsi nəzərdə tutulur.

AzərTac.az