Moldova ombudsmanı Dağlıq Qarabağın Azərbaycanlı İcmasının mərkəzi qərargahında olub

Posted by

Moldova ombudsmanı Dağlıq Qarabağın Azərbaycanlı İcmasının mərkəzi qərargahında olub

Moldova ombudsmanı Dağlıq Qarabağın Azərbaycanlı İcmasının mərkəzi qərargahında olubMoldova ombudsmanı Dağlıq Qarabağın Azərbaycanlı İcmasının mərkəzi qərargahında olub

Azərbaycanda səfərdə olan Moldova ombudsmanı Aurelia Qriqoriu Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının mərkəzi qərargahında və Qarabağ Araşdırmalar Mərkəzində olub. Bu barədə APA-ya Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının mətbuat xidmətindən bildirilib.

Məlumata görə, moldovalı ombudsman Aureliya Qriqoriu Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının üzvləri ilə birgə Şəhidlər xiyabanına gələrək Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

“BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qətnamələrinə baxmayaraq, Ermənistan hələ də Azərbaycan ərazilərini işğal altında saxlayır”. Bu fikirləri Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov Aurelia Qriqoriu ilə görüşdə deyib.

“Xocalı soyqırımı ilə bağlı bəzi dövlətlər və beynəlxalq təşkilatlar iyirmi bir il ərzində susub, ikili mövqe nümayiş etdirsə də, moldovalı ombudsman İrəvanda rəsmi tribunadan tarixi həqiqətləri söyləməkdən çəkinməyib”, – deyən Bayram Səfərov bildirib ki, xanım Aureliya Qriqoriu təcavüzkar ölkədə Azərbaycanın haqlı mövqeyini səsləndirməklə bir daha Ermənistanın işğalçı olmasını dünyaya sübut edib.

Milli Məclisin deputatları Elman Məmmədov və Rövşən Rzayev də moldovalı ombudsmanın Ermənistandakı çıxışından danışıblar. Azərbaycanın dost mövqeyini ombudsmana çatdıran Milli Məclisin deputatları Ermənistan-Azərbaycan münaqişəsinin tez bir zamanda sülh yolu və beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdar olduqlarını vurğulayıblar.

A.Qriqoriu Xocalı soyqırımı ilə bağlı çıxışına görə nəinki İrəvanda, Moldovada da çoxsaylı təzyiqlərə məruz qaldığını, amma buna baxmayaraq, bir hüquq müdafiəçisi kimi sonadək mövqeyindən geri çəkilməyib üzərinə düşən vəzifəni şərəflə icra etdiyini diqqətə çatdırıb. Ermənistan-Azərbaycan münaqişəsinin daim diqqətdə saxlanılacağını deyən xanım A.Qriqoriu vurğulayıb ki, bundan sonra da bütün beynəlxalq konfranslarda da Azərbaycanın haqlı mövqeyi dünya ictimaiyyətinə çatdırılacaq.

Tədbirdə erməni terrorundan söhbət açan film nümayiş olunub.

Moldova ombudsmanı Aureliya Qriqoriu deyib ki, məlum məruzəni hazırlayanda erməni terroru ilə bağlı kifayət qədər məlumat toplayıb: “Həmin məlumatlar da məruzəmdə yer almışdı. Təsəvvür edirsiniz çıxışım zamanı zalda olan bir çox nümayəndə heyəti çaşqınlıq içində idilər. Çünki onlar Dağlıq Qarabağ münaqişəsi barədə kifayət qədər məlumatlı deyildilər. Mənim çıxışımda məqsəd bu münaqişəyə bir daha diqqəti yönəltmək idi və hesab edirəm ki, məqsədimə nail oldum”.

Görüşdə moldovalı ombudsman Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması tərəfindən fəxri diplomla təltif olunub. Sonra qonaq Azərbaycan Respublikasının Prezident yanında Dövlət İdarəçilik Akademiyasındakı Qarabağ Araşdırmalar Mərkəzinin fəaliyyəti ilə tanış olub.