Müəllimlərin müraciətləri əsasında yerdəyişməsi prosesi ilə bağlı nazirliklər arasında e-məlumat mübadiləsinə başlanılıb

Posted by

Müəllimlərin müraciətləri əsasında yerdəyişməsi prosesi ilə bağlı nazirliklər arasında e-məlumat mübadiləsinə başlanılıbMüəllimlərin müraciətləri əsasında yerdəyişməsi prosesi ilə bağlı nazirliklər arasında e-məlumat mübadiləsinə başlanılıb

Müəllimlərin müraciətləri əsasında yerdəyişməsi prosesi ilə bağlı nazirliklər arasında e-məlumat mübadiləsinə başlanılıb

Ümumi təhsil müəssisələri və peşə liseylərində işləyən müəllimlərin müraciətləri əsasında onların bir rayondan (şəhərdən) başqa rayona (şəhərə) yerdəyişməsi prosesi ilə əlaqədar Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi ilə Təhsil Nazirliyinin (TN) informasiya sistemi arasında məlumat mübadiləsinə başlanılıb.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, belə ki, iş yerini başqa rayona (şəhərə) dəyişmək istəyən müəllimlər TN-in rəsmi saytındakı “Müəllimlərin işə qəbulu” səhifəsinə daxil olaraq elektron ərizə ilə müraciət edirlər. Bu zaman müraciət edən şəxsin TN-in hər hansı qurumunda işləyib-işləmədiyinin müəyyən olunması ƏƏSMN-in əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə edilən sorğu ilə müəyyən edilir. Sorğuya cavabda şəxsin TN-in hər hansı qurumunda işləməsi təsdiqini tapdığı halda sistem tərəfindən onun müraciət ərizəsi qəbul olunur. Əks halda, TN-in elektron xidməti tərəfindən elektron müraciətin qəbul olunmasına sistem tərəfindən icazə verilmir.

 

Xatırladaq ki, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bu barədə ƏƏSMN-in elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişi həmin sistemdə qeydiyyata alındıqdan sonra hüquqi qüvvəyə minir. Ötən il iyulun əvvəlindən istifadəyə verilən bu sistem hazırda ölkənin əmək bazarı haqqında zəngin informasiya bazasına malik olmaqla, əmək müqaviləsi əsasında işləyən bütün işçilər barədə məlumatları özündə əhatə edir.

 

Trend.az