Əmlakla bağlı arayışların verilməsi asanlaşdırılmışdır

Posted by

Əmlakla bağlı arayışların verilməsi asanlaşdırılmışdır

 

Əmlakla bağlı arayışların verilməsi asanlaşdırılmışdır

Əmlakla bağlı arayışların verilməsi asanlaşdırılmışdır

 

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) vətəndaşlar, daşınmaz əmlak sahibləri və hüquqi şəxslərin nəzərinə çatdırır ki, martın 3-dən etibarən daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış əmlak barədə sərəncam verənin və ya onun tərəfindən vəkil edilmiş şəxsin, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərin ərizəsi və dövlət reyestrindən çıxarış olduğu hallarda, Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin müvafiq ərazilər üzrə yerləşən notariat kontorlarında elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində əldə edə biləcəklər.

Əmlak Məsələləri Dövlət Komitəsindən AzərTAc-a bildirmişlər ki, eyni zamanda, daşınmaz əmlak obyektinə sərəncam vermə barədə notariat qaydasında təsdiqlənmiş müqavilənin daşınmaz əmlakın dövlət reyestrini aparan Komitənin müvafiq qurumlarına göndərilməsi elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində həyata keçiriləcəkdir.

Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşların nəzərinə çatdırır ki, martın 3-dən etibarən qeyd olunan daşınmaz əmlaklarla bağlı xidmətlərdən istifadə üçün ƏMDK və Ədliyyə Nazirliyinin qarşılıqlı qaydada təşkil etdiyi həmin xidmətlərin göstərilməsi üçün Bakıda, respublikanın digər şəhər və rayonlarında yerləşən notariat kontorlarına birbaşa müraciət etməlidirlər.

Bu xidmət dövlət reyestrindən qeydiyyatdan keçərək çıxarış əldə edən əmlak sahiblərinə aid edilir.

 

AzərTAc.az