Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Qusarda vətəndaş qəbulu keçirəcək

Posted by

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Qusarda vətəndaş qəbulu keçirəcəkƏmlak Məsələləri Dövlət Komitəsinin sədri Qusarda vətəndaş qəbulu keçirəcək

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Qusarda vətəndaş qəbulu keçirəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov yanvarın 31-də Qusar rayonunda növbəti vətəndaş qəbulu keçirəcək.

 

Komitənin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, qəbulda Qusar, Quba, Xaçmaz və Şabran rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq. Vətəndaş qəbulu saat 11:00-da Qusar rayonunda yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

 

Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq. Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər: Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105, 102 və 349); Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı ərazi idarəsi: (02332) 5 00 18, (02332) 5 00 17, (02338) 5 37 45.

 

Apa.az